Azərbaycan müğənniləri Hollandiyada konsert verəcəklər

27 Sentyabr 2012 12:50 (UTC+04:00)
Tanınmış müğənni Hollandıyada konsert proqramıyla çıxış edəcəklər. AzNews.az-ın məlumatına görə, oktyabr ayının 20-də Hollandiyanın Hauten şəhərində təşkil olnacaq konsert proqramında müğənnilər Xatun, Ziyafət Yaqubova, Sabir Əhmədov və meyxanaçı Vüqar iştirak edəcəklər.

Konsertin aparıcısı tanınmış teleaparıcı İlahə Nizamiqızıdır. Konsertin təşkilatçı Sultan Mustafayevin AzNews.az-a açıqlamasında bu cür konsertlərin bir neçə dəfə Avropa ölkələrində təşkil etdiyini deyib. O, konsert boyu ifaçıları "Sultan musiqi ritm qrupu" müşayiət edəcəyini söyləyib.

Fuad Mədətov
AzNews.az