Türk mətbuatı Gülər Əhmədovanı istefaya göndərdi

27 Sentyabr 2012 14:05 (UTC+04:00)


Azərbaycanda fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin deputat Gülər Əhmədova ilə bağlı yayımladığı video dünya mətbuatında da öz əksini tapıb.

Türk mətbuatı isə "Millət vəkili videogörüntün internetdə yayınlanmasından sonra istefa verməyə məcbur olub", -deyə yazır. "fotogaleri.gazetevatan.com" saytının yaydığı xəbərdə G. Əhmədovanın rüşvət olayına görə 8-12 il arası həbs cəzası alacağı da bildirilir.

Xatırladaq ki, sentyabrın 25-də internetdə Elşad Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb.

Sevinc
AzNews.az