“...yadda qalan bir gecə olsun” - Ramiz Rövşən

15 Dekabr 2014 15:56 (UTC+04:00)

Ramiz Rövşən AzNews.az-a açıqlamasında doğum gününü uzun illərin dostarı ilə birlikdə qeyd edəcəyini bildirib: "Bir azdan dəniz kənarına çıxacağıq. Çalışaçağıq ki, yadda qalan bir gecə olsun. Mən mətbuat vasitəsi ilə hər kəsə təşəkkür edirəm. Sağ olun ki, varsınız".

Qeyd edək ki, Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor, kinostudiyanın ssenari emalatxanasında ssenarist, ssenari redaksiya heyətinin üzvü, kinostudiyanın baş redaktoru işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. O, həmçinin bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Ramiz Rövşən 1997-ci ildə qəbul olunmuş Müsavat partiyasının himninin sözlərinin müəllifidir. O, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.

Bahar RÜSTƏMLİ
AzNews.az