Narışkin AŞPA iclasını boykot etdi

27 Sentyabr 2012 14:07 (UTC+04:00)


Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin bildirib ki, o, Avropa Şurası Parlament Assambelyasının oktyabr ayında keçiriləcək iclasında iştirak etməyəcək.

AzNews.az-ın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, Narışkin Strasburqa getmək istəməməsini Assambleyada ölkəsinin əleyhinə səslənək fikirlərlə əlaqələndirib.

O, bildirib ki, Rusiya əleyhdarı olan Avropa ölkələri çətin ki, bizim mövqeyimizi dinləmək istəsinlər. Narışkin həmçinin əlavə edib ki, o, Starsburqa yalnız uyğun şərtlər formalaşarsa və Rusiyanın mövqeyini dinləmək fikrində olarlarsa gedə bilər.

Qeyd edək ki, Narışkin Rusiyanın AŞPA-dakı nümayəndə heyətinə sədrlik etməli idi. Qeyd edək ki, bununla belə Rusiya nümayəndə heyəti Strasburqa gedəcək.

Sadiq Musa
AzNews.az