Moskvada azərbaycanlılar arasında atışma - 1 ölü, 2 yaralı (VİDEO)

16 Dekabr 2014 10:26 (UTC+04:00)

Hüquq mühafizə orqanlarından Lifenews.ru-saytına verilən məlumata görə, iki qrup arasında əvvəlcə söz davası olub, daha sonra isə onlar silaha əl atıblar.

AzNews.az xəbər verir ki, nəticədə Aydın Paşəliyev aldığı güllə yarasından hadisə yerində ölüb, Babayev və Abdullayev soyadlı azərbaycanlılar isə ağır yaralanıb.

Moskva polisi hadisəni törədən 3 nəfər silahlı şəxsin axtarışına başlayıb.




Nərmin Məmmədli
AzNews.az