Tagı Əhmədovdan gözlənilməz addım

28 Sentyabr 2012 08:09 (UTC+04:00)


Sentyabrın 28-də gecə saatlarında Mingəçevirdə yerləşən İstilik Elektrik Stansiyasının elektrik paylayıcı yarımstansiyasını ildırım vurub və İES-in bir neçə bloku sıradan çıxıb. Hadisə nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikanın əksər şəhər və rayonlarında elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.

Hazırda İES-in işinin bərpa olunması istiqamətində işlər görülür. Bakının Binəqədi, Yasamal, Xətai, 28 may, C.Məmmədquluzadə, Babək, Tiflis prospektlərində işıqların sönməsi ilə işıqforların işləməməsi səbəbindən yollarda uzun tıxaclar yaranıb.

Nəqliyatın hərəkətində yaranan problemlər sərnişinlərin saatlarla yolda qalmasına səbəb olub. Tıxacların aradan qaldırılması üçün yol polisi əməkdaşlarının fəaliyyəti qənaətbəxş olmayıb.

Metro stansiyalarında qatarların hərəkəti dayandırılıb. Sərnişinlərin metro stansiyasına daxil olmasına imkan verilməyib. 4 saatlıq fasilədən sonra metronun hərəkəti bərpa olunub.

Əməkdaşımızın Ədil Hüseynlinin verdiyi məlumata görə, sərnişinlərin sayı çox olsa da, vaqonlara sərnişinlərin minməsi sistemli şəkildə həyata keçirildiyindən qarışıqlıq yaranmayıb. Səbəb isə hər stansiyadan sərnişinlərin boş vaqonlara mindirilməsi olub.

Elnarə Əlosmanqızı
AzNews.az