“ABŞ Kubanı məhv edəcək” – Dmitri Roqozin

18 Dekabr 2014 11:19 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Rusiya Baş nazirinin müavini Dmitri Roqozin özünün Twitter səhifəsində yazıb ki, indi ABŞ Kubanı məhv edəcək.

Bu günlərdə Vaşinqtonla rəsmi Havana diplomatik əlaqələrin bərpa edilməsinin vacibliyini vurğulayıb. Xüsusilə, ABŞ prezidenti Barak Obama dövlət katibi Con Kerriyə Kuba ilə əlaqələri yaxşılaşdırmaq göstərişi verib.

Bunun qarşılığında Kuba rəhbərliyi 2009-cu ildə Kuba həbsxanasında yatan Alan Qrossu azad edib. O, casusluqda ittiham edilərək həbsxanaya salınmışdı.

Qeyd edək ki, ABŞ prezidentinin Kubaya son səfəri 1928-ci ildə prezident Kelvin Kulidc tərəfindən reallaşdırılıb.