“Donbass döyüşçüləri Ukrayna hərbçilərini hamama aparır”

18 Dekabr 2014 14:13 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin "Rossiya 24" telekanalı ilə canlı yayımlanan mətbuat konfransında deyib.

"Döyüşçülərin Ukrayna hərbçilərinə etdiyi bu kömək həm gülməlidir, həm də düşündürücüdür. Bir-birinə qarşı döyüşən bu insanlar əvvəl-axır ortaq məxrəcə gəlməlidirlər. Ukrayna sülh istəyirsə, torpağında yaşayan insanlara hörmət etməlidir. Və öz sakinlərinə qarşı təzyiqə son verməlidir", - deyə Rusiya prezidenti vurğulayıb.