Nazir Hacıqabuldakı qəbulun vaxtını dəyişdirdi

18 Dekabr 2014 19:24 (UTC+04:00)


İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən dekabrın 19-da Hacıqabulda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.