İŞİD-in üç lideri öldü

18 Dekabr 2014 22:55 (UTC+04:00)

APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələri komandanlarının Birləşmiş Komitəsinin sədri general Martin Dempsi bildirib.

"Bu (komandirlərin ölümü) onların planlaşdırma, komandanlıq və nəzarət imkanlarını pozur. Öldürülənlər şəxslər bizim prioritet hədəflərimizdən biri olub, onların hərbi komandanlığının ən yüksək rütbəli rəhbərlərindən biri olublar", deyə Martin Dempsi Wall Street Journal nəşrinə müsahibəsində bildirib.

Öldürülənlərin kimliyi açıqlanmır.

ABŞ hərbi komandanlığı bu gün İŞİD-in İraq və Suriyadakı mövqelərinə altı hava zərbəsinin endirildiyini bildirib.