Paulo Koelhodan maraqlı təklif

19 Dekabr 2014 09:01 (UTC+04:00)


AzNews.az xəbər verir ki, yazıçı öz təklifini Twitter səhifəsində yazıb:
"Mən Şimali Koreya lideri Kim Çen Inın "ölümü" haqda çəkilən "Müsahibə" filminin müəllif hüquqlarını almaq üçün "Sony Pictures" şirkətinə 100 min dollar verməyə hazıram".

Yazıçı təklifinin həftənin şənbə gününədək qüvvədə olduğu deyib və vurğulayıb ki, müsbət cavab alacağı halda filmi öz bloqunda pulsuz yerləşdirəcək.

Qeyd edək ki, "Sony Pictures Entertainment" şirkəti "Müsahibə" filmi haqda bütün planlarının ləğv edildiyini açıqlayıb.