8-ci sinif şagirdi intihar etdi - Bakıda

19 Dekabr 2014 09:07 (UTC+04:00)


Pirallahı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb.

Rayon sakini, 2000-ci il təvəllüdlü Rzayev Nicat Əlibala oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, N. Rzayev 231 saylı orta məktəbin 8-ci sinfində oxuyurmuş.


Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.