Bu ərazilərdə içməli su olmayacaq

19 Dekabr 2014 09:47 (UTC+04:00)


"Azərsu" ASC-dən AzNews.az-a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Salamzadə küçəsindən keçən magistral su xəttinə birləşmənin verilməsi ilə əlaqədar dekabrın 19-da gün ərzində 3-cü Alatava yaşayış massivinin, A. Salamzadə, C. Məmmədquluzadə küçələrinin bir hissəsinə və hərbi şəhərcik ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.