“Xətai” klinikası ilə bağlı - Təkzib

19 Dekabr 2014 12:00 (UTC+04:00)


Yazıda bir anlaşılmazlıq olub. Belə ki, saytın əməkdaşı Hafiz Əhmədov araşdırma aparmaq məqsədlə 3 klinikaya gedərək, özünü pasiyent kimi təqdim edib və şərtlərlə maraqlanıb.

Onlardan biri – "Xətai" klinikasının türkiyəli mütəxəssisi Sami həkim bu əməliyyatın şərtlərindən danışıb və bildirib ki, burada şərait yoxdur, amma Türkiyədə onu etmək olar. Yəni söhbət əməliyyatı "Xətai" klininikasında yox, Türkiyədə həyata keçirməkdən gedib.

Sayt anlaşılmazlığa görə "Xətai" klinikasından üzr istəyib.