“Azəryol” voleybolçuları beynəlxalq turnirdə iştirak edəcək

19 Dekabr 2014 13:35 (UTC+04:00)


AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, turnirdə Azərbaycanın idman şərəfini "Azəryol" komandası qoruyacaq. Yarışda "Azəryol" ilə yanaşı, Türkiyənin "Vakıfbank", İsveçrənin "Volero" və Sloveniyanın "Maribor" kollektivləri birincilik uğrunda mübarizə aparacaq.

Komandamız ilk oyununu yanvarın 3-də "Vakıfbank"a qarşı keçirəcək. Yanvarın 4-də Bakı təmsilçisinin rəqibi "Volero", bir gün sonra isə Sloveniya təmsilçisi olacaq.