Belarus da Ermənistana razılıq verdi

19 Dekabr 2014 14:09 (UTC+04:00)


AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Müqavilə Ermənistan, Belarus, Qazaxıstan və Rusiya prezidentləri tərəfindən 2014-cü il oktyabrın 10-da Minskdə imzalanıb. Bununla yanaşı "üçlük" ölkələri Ermənistan üçün keçid dövrü barədə razılığa gəliblər. Həmin dövrdə bir sıra Ermənistan mallarına dərəcələri Aİİ-nin vahid gömrük tariflərindən fərqlənən gömrük rüsumları tətbiq ediləcək.