Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası?

19 Dekabr 2014 15:09 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı news.am saytı yayıb.

Məlumatda deyilir ki, prokuror çıxışında deyib ki, azərbaycanlılar qanunsuz olaraq Dağlıq Qarabağa daxil olub, informasiya toplayıb və video çəkib.

İddiaya görə, erməni Smbat Çakanyanı Dilqəm Əsgərov öldürüb və o bu qətli törədən zaman Şahbaza deyib ki, niyə erməniyə yazığın gəlir. Şahbaz isə heç bir çəkiliş aparmayıb, sadəcə qrupun tərkibində olub.


Qeyd edək ki, azərbaycanlıların "məhkəmə"sinə oktyabr ayının 27-də start verilib.