Almaniya baş nazirindən müsəlmanlara dəstək

28 Sentyabr 2012 10:33 (UTC+04:00)
"İslam Almaniyanın tərkib hissəsidir". Bunu Almaniyanın baş naziri Anqela Merkel partiyasnın 7 min üzvünün iştirak etdiyi iclasda islam dininin ölkə üçün əhəmiyyəti sualına cavab verərəkən deyib.

Almaniyada 3 milyon müsəlmanın yaşadığına diqqət çəkən Markel islan dünyasında narazılıqla qarşılanan filmlə bağlı yaranan vəziyyətə də münasibət bildirib. Qeyd edib ki, bütün müsəlmanları eyni cür qiymətləndirmək olmaz.

E.Əlosmanqızı
AzNews.az