Pakistan qisas əməliyyatına başladı- 58 ölü

19 Dekabr 2014 21:43 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, hakimiyyətin açıqlamasaında bildirilir ki, əməliyyat nəticəsində aviasiya və quru qoşunları 58 yaraqlını məhv ediblər.

Pakistanda matəmin üçüncü günü təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəddə yaxın olan Heybər ərazisində əməliyyat keçirib. Bu zaman ən azı 50 yaraqlı məhv edilib. Daha 8 yaraqlı Balucistan əyalətində öldürülüb. Onlardan biri "Taliban"ın komandiri olub.

Qeyd edək ki, Pişəvər məktəbində kütləvi qətllər bütün dünyanı sarsıdıb. Ölkənin baş naziri Nəvaz Şərif ölüm hökmü üzərində danışıqlara son qoyulduğunu deyib.

Həbsdə olan 6 terrorçunun ölüm hökmü imzalanıb. Ordu onların adlarını açıqlamır. Onların adının edamlarından sonra açıqlanacağı bildirilir.