Rusiya XİN: ABŞ-ın Ukrayna üzrə qanun qəbul etməsi cavabsız qalmayacaq

19 Dekabr 2014 22:29 (UTC+04:00)


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in açıqlamasında deyilir.

"Vaşinqtonun düşmən hərəkətləri cavabsız qalmayacaq. Mümkün cavab tədbirləri ABŞ-ın yeni qanunu necə yerinə yetirməsindən asılı olacaq. Bunun fəsadlarına görə məsuliyyət tam şəkildə ABŞ tərəfinin üzərinə düşür".

Qeyd edək ki, Barak Obama ABŞ Konqresi tərəfindən qəbul edilən "Ukraynada azadlığa dəstək haqqında" (Ukraine Freedom Support Act 2014) sənədi dekabrın 18-də imzalayıb.