Hərbçilərimiz beynəlxalq tədbirdə iştirak edəcək

20 Dekabr 2014 08:57 (UTC+04:00)


AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 22-dən 28-dək Ankara şəhərində (Türkiyə) Türkiyə Silahlı Qüvvələrinin İdman Məktəbi və Təlim Mərkəzi Komandanlığının fəaliyyətləri ilə tanışlıq ziyarəti keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.