DƏHŞƏT: 7 uşağı öz anası öldürüb - VİDEO

20 Dekabr 2014 11:35 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı mediaya yerli polis verib.

Kvinslend ştatının Kerns şəhərində baş verən faciə uşaqların 34 yaşlı anası tərəfindən törədildiyi üzə çıxıb. O, uşaqları öldürdükdən sonra özünə çoxsaylı bıçaq zərbələri vurub.

Hazırda xəstəxanada ağır vəziyyətdə yatan anaya ittiham irəli sürülməyib. Bəzi suallara cavab verən ananı polis ciddi şəkildə qoruyur.

Qeyd edək ki, ölən uşaqların ən kiçiyinin yaşı 18 ay olub. Ən böyüyünün yaşı isə 15 olduğu deyilir.

Ölənlərdən 7-si onun övladı olub, 1 uşaqın isə qatil ananın bacısı uşağı olduğu dəqiqləşdirilib.