Müsavatda Məclisə yeni sədr seçiləcək

20 Dekabr 2014 11:55 (UTC+04:00)


Bu barədə AzNews.az-a açıqlamasında Müsavat partiyasının divan üzvü Elman Fəttah deyib.

O bildirib ki, Məclis sədrliyi vəzifəsinə iki nəfər namizədliyini irəli sürüb: "Bunlardan biri Nüşabə Sadıqlı, ikincisi usə Sabir Məmmədlidir".

Qeyd edək ki, 10 nəfərə yaxın şəxs sərbəst Məclis üzvlüyünə namizədliyini verib.

Məclis katibliyinə, Divana, MNTK-ya boş qalan yerlərə də seçkilər keçirilməsi nəzərdə tutulur. Namizədlərin irəli sürülmə prosesi dekabrın 26-na kimi davam edəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az