Emeqara “Qarabağ“dan rəsmən ayrıldı - Açıqlama

20 Dekabr 2014 11:55 (UTC+04:00)


Sportal.az-ın əldə etdiyi xəbərə görə, bir neçə gün əvvəl anasının səhhətiylə bağlı İsveçrəyə yollanan Emeqara "Qarabağ"dan ayrılmaq qərarına gəlib.

Saytımıza açıqlama verən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da bu xəbəri təsdiqləyib:

"Bəli, o, daha qayıtmayacaq. Emeqaranın ailəsində problemlər var və buna görə də, "Qarabağ"dan ayrılmaq istədi. Yəni burada qala bilmir. Əlaqə saxladı, durumu izah etdi, biz də onu anlayışla qarşıladıq".