Azərbaycanda da dollar qalxdı - FOTO

20 Dekabr 2014 13:01 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, Sumqayıt və Xırdalan şəhərlərindəki əksər valyutadəyişmə məntəqələrində bir dollar 0.79 və 0.792 qəpiyə dəyişdirilir. Bakıda isə bir dollar 0.79 qəpiyə yaxın olub.

Bir dolların qiyməti isə bir neçə gün əvvəl 0.784 qəpik olub.


Məlumata görə, bəzi valyutadəyişmə məntəqələrində, umumiyyətlə dollar satılmır.
Qeyd edək ki, neftin bir barelinin aşağı düşməsi rus rublunun, türk lirəsinin, Norveç kronunun və digər valyutaların dollara və avroya nisbətdə dəyərdən düşməsinə gətirib çıxarıb.

Azərbaycanda isə belə hal olmamışdı. İndi valyutadəyişmə məntəqələrində dolların qalxması neftin qiymətinin Azərbaycana da təsir etməsindən xəbər verir.