Ebola 7373 insanın canını aldı

20 Dekabr 2014 19:54 (UTC+04:00)

Lenta.ru xəbər verir ki, ölən şəxslərin sayı 7373-ə çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Hesabata əsasən indiyə kimi Ebolaya 19031 nəfər yoluxub. Təkcə son 3 gün ərzində isə Qvineya, Liberiya və Siera-Leonda 500 yoluxma halı qeydə alınıb.

Bir neçə gün öncə isə BMT-nin baş katibi Pan Qi Mun Liberiyada virusla bağlı təhlükənin azaldığını bildirmişdi.

Qeyd edək ki, Ebola virusu sıçrayışı 2014-cü ilin fevralında Qərbi Afrikada başlayıb. Araşdırmalara görə, virusa yoluxma hallarının 20 %-i ölən şəxslərin cəsədlərini yuyan və ya basdıran zaman baş verir. Çünki yerli xalqlar dəfn zamanı ənənəvi üsullardan istifadə edirlər.