Səudiyyədə 4 şiə öldürüldü

20 Dekabr 2014 20:59 (UTC+04:00)


"The Saudi Press Agency"-nin (SPA) xəbərində deyilir ki, Daxili İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, təhlükəsizlik qüvvələri Əl-Əvamiyah şəhərində reyd keçirib. Terrorçuların əsas bazası halına gəlmiş bu şəhər Səudiyyənin şərqində yerləşir.

Agentlik bildirir ki, rəsmi məlumata görə terrorçular təhlükəsizlik qüvvələrinə atəş açıblar. Təhlükəszilik qüvvələri də buna cavab olaraq terrorçuları hədəfə alıb. Nəticədə 4 terrorçu, o cümlədən terror təşkilatının rəhbəri Əbdüləziz bin Əhməd Əl-Əsiri də öldürülüb. Atışma zamanı Təhlükəsizlik Qüvvələrindən bir nəfər yaralanıb.

İlk baxışda söhbət hökumətlə terrorçular arasında gedən silahlı qarşıdurmadan gedir. Ancaq mahiyyətdə bu xəbərin arxasında tamam başqa mətləblər gizlənib. Belə ki, burada terrorçu kimi təqdim olunanlar əslində Səudiyyənin şiə azlığının nümayəndələridir. Qeyd edək ki, sünnilərin dominant ölduğu Səudiyyə Ərəbistanında əhalinin cəmi 15 faizi şiədir. Və məzhəb fərqindən dolayı həmişə təzyiqlər altında yaşamağa məçbur olublar. Səud tayfası isə yerli şiələri onların himayədarı rolunda çıxış edən İranın casusu kimi dəyərləndirir.

Musavat