Tərtərdə hərbçi qəza törətdi- 3 yaralı

20 Dekabr 2014 21:46 (UTC+04:00)



"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd ərazisində qeydə alınıb.

Qəza zamanı "VAZ 2106"markalı avtomobillə "VAZ 2107" toquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Rayon polisi qəza yerinə araşdırma aparır.

Qeyd edək ki, "07"nin sürücüsünün hərbçi olduğu bildirilir.