Sərnişin avtobusu ilə minik maşını toqquşdu - ölən var

21 Dekabr 2014 16:57 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü hadisə yerində ölüb və avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər meyiti deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.