“Qarabağ” çempion oldu

21 Dekabr 2014 18:41 (UTC+04:00)


Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutmalı olan 4 qarşılaşmadan yalnız "Simurq" – "Bakı" matçı əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, sabah keçiriləcək.

Apasport.az xəbər verir ki, 2014-cü ilin son oyunlarında öncə "Xəzər Lənkəran"la AZAL, "Qəbələ" ilə "İnter" meydana çıxıb. Cənub klubu 4-cü pillədəki yerini qorumaq üçün mütləq qalib gəlməli idi. "Təyyarəçilər" isə həmin mövqeni ələ keçirmək üçün əllərində olan şanslardan istifadə etməyə çalışacaqdı. Lənkəranda hərəyə bir dəfə fərqlənən komandalar meydanda sülh bağlayıb - 1:1.

"Ağ-yaşıllar"ın xal itirməsi isə "Qəbələ"nin işinə yarayırdı. Lakin əyalət təmsilçisi ilə paytaxt klubunun görüşündə də qalib müəyyənləşməyib. 38-ci dəqiqədə Dodo ilə hesabı açan "Qəbələ" fasiləyə üstün getsə də, sona qədər bunu qoruya bilməyib. 67-ci dəqiqədə Məhəmməd Mirzəbəyovun qolu meydan sahiblərini 4-cü pillədən edib.

Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" "Sumqayıt"la qarşılaşıb. Matçda qonaqlara 2 cababsız top vuran son çempion meydandan 3 xalla ayrılıb.

Beləliklə, "Qarabağ" liderliyini qoruyaraq, "qış çempionu" olub. "İnter" isə II dövrəni II sırada başa vurub.

Xatırladaq ki, bu tur "Neftçi" istirahət edir