25 məktəbdə sinif jurnalları ləğv edilib

28 Sentyabr 2012 17:30 (UTC+04:00)
Azərbaycanda "Elektron məktəb" layihəsinə qoşulan təhsil müəssisələrinin sayı 50-yə yüksələcək. Bu barədə məlumatı AzNews.az-a Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov verib.

İdarə rəisinin sözlərinə görə, hazırda ölkə üzrə 39 elektron məktəb var: "Onların sırasına daha 11-i əlavə ediləcək. Elektron məktəblərdən 5-i bölgələrin, 25-i isə paytaxtın payına düşür". S.Məmmədov artıq 25 məktəbdə sinif jurnallarının elektron jurnalla əvəz edildiyini də vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az