Emin Müsəvi yeni vəzifəyə təyin olundu – EKSKLÜZİV

29 Sentyabr 2012 08:53 (UTC+04:00)
Hamının "Azad Azərbaycan" Teleradio Şirkətinin "106.3 FM" radiosunun rəhbəri və teleaparıcı kimi tanıdığı Emin Musəvi yeni vəzifəyə təyin olunub. AzNews.az-ın məlumatına görə, bundan sonra o, Diasporla İş üzrə Dövlət Komitəsində çalışacaq.

Qeyd edək ki, E. Musəvi əvvəllər "Space" Telekanalında aparıcı kimi çalışıb. 1999-2000-ci illərdə Azad Azərbaycan Telekompaniyasının ilk əməkdaşlarından olub. 2004-cü ildə ATV-nin 106.3 FM radiosu yaranandan bəri burada fəaliyyətini davam etdirib və 8 il radioda çalışıb. Eyni zamanda ATV-də "Rəsmilər qeyri-rəsmi", "22ci saat" kimi müəllif verilişləri hazırlayıb.

Fuad Mədətov
AzNews.az