ABŞ və İsrail İran məsələsində ortaq mövqedədir

29 Sentyabr 2012 08:56 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama ilə İsrail Baş naziri Binyamin Ntenyahu arasında telefon danışığı olub. AzNews.az-ın ria novosti agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər arasında əsas müzakirə obyekti İranın nüvə proqramı olub.

ABŞ prezidenti bir daha vurğulayıb ki, İsrailin təhlükəsizliyi onun ölkəsi üçün həyati vacib məsələdir. Bundan əlavə, telefon danışığında İranın nüvə silahına malik olmasının yolverilməzliyi bir daha təkrarlanıb. İsrailin Baş naziri Netenyahu isə Barak Obamanın tutduğu mövqedən məmnunluq ifadə edib və bildirib ki, İran məsələsində fikir ayrılıqlarının olmaması bölgədə sülhə xidmət amildir.

Sadiq Musa
AzNews.az