Macar Dövlət katibi: “Səfərovun ekstradisiyası alver mövzusu olmayıb”

29 Sentyabr 2012 09:40 (UTC+04:00)
Macarıstan Dövlət katibi Səfərovun ekstradisiyasından danışıb. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Dövlət katibi Zolt Nemet bildirib ki, Səfərovun Azərbaycana verilməsi ölkəsi üçün kifayət qədər həlli vacib məsələlər yaradıb.

O, bir nömrəli məsələ kimi Ermənistanla diplomatik münasibətlərin bərpasını göstərib. Nemet qeyd edib ki, tərəflər arasında etimadsızlıq yaranıb və bunu aradan qaldırmaq üçün vaxt lazım gələcək. Dövlət katibi yaxın bir neçə ayda məsələnin yoluna qoyulacağını da deyib.

Erməni tərəfinin "Səfərov investisiya qarşılığında Azərbaycana ekstradisiya edildi" fikri ilə razılaşmayıb və bildirib ki, məsələ sırf hüquqi mahiyyətlidir.

Sadiq Musa
AzNews.az