Elnur Hüseynovdan “O səs Türkiyə”də daha bir möhtəşəm çıxış - VİDEO

22 Yanvar 2015 12:14 (UTC+04:00)


Bundan öncə dueldə "Stay in alive" (Bee Gees) mahnısını ifa edərək növbəti mərhələyə keçən azərbaycanlı müğənni bu dəfə "Golden Eye" mahnısını oxuyub. Ebru Gündeşin komandasında olan Elnur Şermin adlı iştirakçıyla yarışıb.

Ebru Elnur Hüseynovu seçərək, ona növbəti mərhələdə iştirak hüququ qazandırıb. Sonda tamaşaçıların xahişiylə Elnur mahnını ikinci dəfə səsləndirib.

Qeyd edək ki, Türkiyənin "TV8" kanalında Acun İlıcalının aparıcılığıyla təqdim edilən proqramın münsiflər heyətində tanınmış müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan Uğur yer alıblar.