“Oda”da bu gün “Bəyaz şedevr” göstərəcəklər

22 Yanvar 2015 15:54 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Dilarə Əliyeva 141 ünvanında yerləşən yeni məkanın açılışı bu gün 19:00-da olacaq. Teatrda ilk olaraq "Bəyaz şedevr" tamaşası nümayiş ediləcək.

Tamaşa rus yazıçısı Vasili Siqaryovun "İblisin ailəsi" pyesi əsasında hazırlanıb.

Tamaşanın rejissoru Könül Şahbazova, musiqi tərtibatçısı isə Nihad Qulamzadədir. Tamaşadakı rolları aktyorlar Niyaz İlyasoğlu, Könül Şahbazova, Elmin Bədəlov, Nihad Qulamzadə, Anar Əliyev, Şəbnəm Abdullazadə və Anar Cəfərli ifa edəcək.