Xorvatiyanın yeni prezidentinin çimərlik fotosu yayıldı – FOTO

26 Yanvar 2015 12:14 (UTC+04:00)


AzNews.az xəbər verir ki, prezidentin açıq-saçıq şəkli sosial şəbəkə istifadəçilərinin müzakirə obyektinə çevrilib.



Şəkli Rüstəm Aqadanov adlı istifadəçi paylaşıb. Prezidentin çimərlik paltarındakı şəkli 1163 nəfər tərəfindən bəyənilib. Bu fotoya 279 nəfər şərh yazıb.

Qeyd edək ki, Xorvatiyanın Rieka şəhərində doğulan Kolinda Qrabarın 47 yaşı var. O, bu il keçirilən prezident seçkilərində Xorvat Demokrat Birliyi partiyasından namizədliyini irəli sürüb və president seçilib. Əvvəllər Xorvatiyanın ABŞ-dakı səfiri olub, Avropaya İnteqrasiya və Xarici İşlər Nazirliklərinə rəhbərlik edib.