Prokurorluğun şöbə müdiri güllələndi - Qobustanda

27 Yanvar 2015 11:06 (UTC+04:00)


AzNews.az Axar.az-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü prokuror Rəhman Əhmədov ov zamanı dostu tərəfindən ehtiyatsızlıqdan güllələnib.

Belə ki, yanvarın 24-də R.Əhmədov ov etmək məqsədilə Anar Bayramov, Rafiq İsmayılov, İdris Murtuzov, Şəmsəddin İsayev və İlqar Yusifovla Qobustan rayonunun Xilmilli kəndinə ova gedib.


Ov zamanı Qəbələ rayon Vəndam kənd sakini, 1979-cu il təvəllüdlü İdris Xanbala oğlu Murtuzov prokuror Rəhman Əhmədovu güllələyib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

R.Əhmədov Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı prokurorluqda araşdırma başlayıb.