Rubl inanılmaz səviyyəyə düşdü

27 Yanvar 2015 21:55 (UTC+04:00)

Axar.az xəbər verir ki, rubl kəskin surətdə ucuzlaşıb və bir dollar 67,81 rubla qalxıb.

Dünyada avronun ucuzlaşmasına rəğmən, Rusiyada avro da bahalaşıb və 76,3 rubla çatıb.

Xatırladaq ki, ötən gün 1 dollar 65,59 rubl, 1 avro isə 73,56 rub idi.

Ekspertlər 1 dolların 70 rubla çatması ilə Rusiya iqtisadiyyatının geriyə çətin dönən uçuruma yuvarlanacağını proqnozlaşdırır.