ABŞ Konqresinin üzvü bəyanat verdi - 20 Yanvarla bağlı

28 Yanvar 2015 08:14 (UTC+04:00)


AZNEWS.AZ AzərTAc-a istinadən xəbər verir ki, o, 20 Yanvar hadisələrini keçmiş sosialist ölkələrindəki demokratik hərəkatın başlanğıcı kimi diqqətə çatdırıb.

M.Bordallo 20 yanvar faciəsi ərəfəsində Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət aldığını bildirib. O, hərəkatın qarşısını almaq məqsədilə çoxminli sovet qoşunlarının Bakıda kütləvi qətliam törətdiyini bəyan edib. Konqres üzvü bu hadisənin Azərbaycan xalqının müstəqillik mübarizəsini daha da gücləndirdiyini və bu proseslərin ölkəmizin azadlığını əldə etməsi ilə nəticələndiyini vurğulayıb.