Vaqif Səmədoğlu vəfat etdi

28 Yanvar 2015 11:06 (UTC+04:00)


AzNews.az Axar.az-a istinadən xəbər verir ki, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu Bakıda yaşadığı evdə dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, şairin harada və nə vaxt dəfn olunacağı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, dövlət dəstəyi ilə müalicə alan xalq şairi Vaqif Səmədoğlu onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Vaqif Səmədoğlunun ölüm xəbərini onun həyat yoldaşı Nüşabə Vəkilova AzNews.az-a açıqlamasında təsdiq edib.

Allah rəhmət eləsin!