65 yaşlı qadının cəsədi mənzilindən tapıldı

28 Yanvar 2015 12:21 (UTC+04:00)


AZNEWS.AZ FHN-nin saytına istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1950-ci il təvəllüdlü Yarəliyeva Gülşən Ələsgər qızı bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.