Masallıda “Renault” avtomobili yandı

28 Yanvar 2015 12:23 (UTC+04:00)


AZNEWS.AZ FHN-nin saytına istinadən xəbər verir ki, hadisə rayonun Təzə Alvadı kəndində baş verib.

Belə ki, vətəndaşa məxsus "Renault" markalı minik avtomobilinin idaetmə lövhəsi və salonu qismən yanıb.

Salonun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.