Zirəddin Rzayevə Moskvada mükafat verildi

28 Yanvar 2015 16:54 (UTC+04:00)


Bu barədə AzNews.az-a Zirəddin Rzayevin özü məlumat verib.



O bildirib ki, səmərəli ictimai fəaliyyətinə görə Rusiyanın nüfuzlu Milli Təhlükəsizlik İctimai Akademiyası Regionlararası ictimai təşkilatının ordeni və xüsusi vəsiqə təqdim olunub. Akademiyanın əsas məqsədi Rusiyada hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulmasına yönəlmiş fəaliyyətlərə yardım etməkdir və "Milli təhlükəsizlik - şəxsiyyətin, cəmiyyətin və dövlətin qorunma vəziyyətidir" şüarını özündə ehtiva edir.

Akademiyanın yaradılması təşəbbüsü Rusiya Federasiyası Prezidenti Administrasiyası Aparatı və RF Təhlükəsizlik Şurası Aparatı tərəfindən dəstəklənib və bəyənilib.
Akademiyanın fəaliyyətinə Rusiya Federasiyasının Prezidenti Administrasiyası tərəfindən hamilik edilir.

Bahar RÜSTƏMLİ
AzNews.az