Elmar Məmmədyarov Türkmən həmkarı ilə görüşdü

29 Yanvar 2015 17:25 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycanla Türkmənistan arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər.

Görüş zamanı tərəflər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.

Görüş zamanı siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat, təhsil, mədəniyyət və idman səhəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa oyunları, Türkmənistanda keçiriləcək Aziada-2017 idman tədbirlərinin əhəmiyyəti qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.