Avtobus yük maşını ilə toqquşdu: 48 yaralı- FOTOLAR

29 Yanvar 2015 22:36 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "İHA" agentliyi yayıb.

Qəza nəticəsində 48 nəfərin yaralandığı deyilir. Yaralılar sanitar maşınlarla Bingöl Dövlət Xəstəxanasına qaldırılaraq müalicə altına alınıb.

Hadisə Bingöl-Muş avtomobil yolunun 12-ci kilometrində yerləşən Çeltiksuyu kəndi yaxınlığında baş verib.

Vandan İstanbula gedən və İzzettin Sünbülün idarə etdiyi 65 BB181 nömrəli sərnişin avtobusu Bingölün Çeltiksuyu kəndi ərazisində qarşı istiqamətdən gələn və sürücüsü öyrənilməyən 23 LL 168 nömrəli yük maşını ilə toqquşub.

Toqquşmanın təsirindən sonra aşan avtobusun içərisində olan 48 nəfər müxtəlif yerlərindən yaralanıb. Hadisə yerinə çox sayda təcili yardım maşınları gəlib. Qəzaya düşən yük maşını sürücüsünün hadisə yerindən qaçdığı iddia edilib.
Qəzayla bağlı istintaq başlayıb.