Redaksiyaya hücüm- 6 ölü

29 Yanvar 2015 23:10 (UTC+04:00)


AzNews.az anspress-ə istinadən xəbər verir ki, "Əl-Əhram" Misir dövlət qəzetinin regional redaksiyasına silahlı hücum olub.

Hücum nəticəsində altı nəfər öldürülüb. Hadisə Şimal Sina əyalətinin paytaxtı Əl-Ariş şəhərində baş verib.


Ehtimal edilir ki, hücum edənlər radikal qruplaşmalardan birinin nümayəndəsidir. Hələlik hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.