Ağ Ev Qorbaçova cavab verdi – “Soyuq müharibə yoxdur”

30 Yanvar 2015 10:40 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki deyib.

"Rəsmi Vaşinqton İraq, Suriya və Yaxın Şərq münaqişələrinin tənzimlənəsi üçün daim Moskva ilə əməkdaşlıq edərək məsləhətləşmələr aparır. Ukraynada baş verənlər isə qanunsuzdur və onun pis nəticələri ola bilər. Bu münaqişədə ABŞ Ukraynanı dəstəklərir", - deyə Cen Psaki bildirib.

Qeyd edək ki, Mixail Qorbaçov bir müddət öncə deyib ki, hazırda ABŞ-la Rusiya arasında soyuq müharibə mövcuddur və onun daha da krtitikləşməsi gözlənilir.

"ABŞ Rusiyanı bu münaqişəyə cəlb edib və özünün böyük ideyasını həyata keçirmək istəyir. Ukraynadakı hazırkı durum isə Avropada geniş müharibəyə gətirib çıxara bilər, hətta nüvə müharibəsinin olacağı da qaçılmazıdır", - deyə Qorbaçov vurğulayıb.