Türkmənlər ərəb və kürdlərlə müqavilə imzaladı – İŞİD-ə qarşı

30 Yanvar 2015 10:54 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Al-Jazeera Türk" telekanalı yayıb.
Birliyi yaratmaqda məqsəd birlikdə İŞİD-ə qarşı vuruşmaqdır.

İmzalanma mərasimi İraqın Kərkük şəhərində baş tutub. Ərəb, türkmən və kürd tayfa liderləri bir araya gəliblər.

Tərəflər arasındakı razılaşma mətbuat konfransı ilə ictimaiyyətə çatdırılıb. Tayfa başçılarının iştirak etdiyi mətbuat konfransında bir çox suallara cavab verilib.


Zəngənə tayfasının lideri Osman Abdulkərim deyib ki, bu müqavilə Kərkükün varlığını qorumaq və İŞİD-ə qarşı birgə döyüşmək üçün imzalanıb.

Türkmən Tayfalar Məclisinin Sədri Nevzat Ovçu isə vurğulayıb ki, İraqın pis günlərinin geridə qoyulması üçün bir araya gəlinib: "Əlbəttə, bunun əhəmiyyəti çox böyükdür. İraqı xilas etməli və terrora qarşı ortaq mübarizə aparmalıyıq".