Bakıda döyüş sursatı tapıldı

30 Yanvar 2015 16:11 (UTC+04:00)


AZNEWS.AZ FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Aşkarlanan sursata baxış keçirilərkən məlum olub ki, bu, istifadəyə yararlı olan 1-ədəd F-1 markalı əl qumbarasıdır.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçiriblər və digər növ şübhəli əşya aşkar etməyiblər.